featured-image-44902

İtaliyanın “İnter” klubu İspaniyanın “Atletiko” komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl itkilərlə üzləşib.

Msport.az xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Karlos Auqusto və hücumçusu Marko Arnautoviç zədələnib.

Futbolçular tibbi müayinədən keçiblər. Bunun nəticələrinə əsasən, avstriyalıya sağ budunda əzələ dartılması, Auqustoya isə sağ ayağının baldır əzələsində dartılma diaqnozu qoyulub. “Neradzurra”nın hər iki oyunçusu yaxın günlərdə təkrar müayinədən keçəcək.

Onlar böyük ehtimalla “Atletiko” ilə qarşılaşmanı buraxacaq. Həmin görüş sabah baş tutacaq. İlk qarşılaşmada italyanlar 1:0 hesablı qələbə qazanıblar.

Bənzər xəbərlər