"İnter"də qalmaqal - Barella ilə Lukaku meydanda dalaşdı
“İnter”in futbolçuları Romelu Lukaku və Nikola Barella İtaliya A seriyasının 20-ci turunun “Sampdoriya” ilə oyununda (0:0) dalaşıblar. Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, hadisə matçın 40-cı dəqiqəsində baş verib.
Barellanın əlini yelləməsi belçikalı hücumçunun xoşuna gəlməyib. Komanda yoldaşının üstünə qışqıran Lukaku barmağı ilə onu hədələyən jest göstərib: “Belə eləmə, bəsdir, əlini yellədin. Eləmə bunu. Bu yaxşı deyil, təhqiredicidir”.
Bu zaman Barella forvarda cavab qaytarıb. Lukaku isə daha kəskin formada cavab verib: “Get s.. burdan, it oğlu, it”.
“İnter”in baş məşqçisi Simone İnzaqi futbolçularının davranışından narazı qalıb: “Meydanda bəzən belə halar baş verir. Bu əslində baş verməməlidir, mənim də xoşuma gəlmir belə şeyləri görmək. Lakin fasilədə bir yerdə oturmuşdular, onlar dostdurlar. Belə münqaişələri gösmək istəmirəm”.
ANAR ABDULLAYEV







