featured-image-16057

İtaliyanın “İnter” klubu ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, Milan təmsilçisinin belçikalı hücumçusu Romelu Lukaku zədələnib.

O, A Seriyasının 12-ci turu çərçivəsində qarşılaşdıqları “Sampdoriya” ilə ev oyununda sıradan çıxıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli forvard sol bud nahiyəsindən zədə alıb.

Belçika millisinin də üzvü olan hücumçunun DÇ-2022-nin startına qədər sıraya dönəcəyi ehtimal olunur.

Bənzər xəbərlər