“İnter”də yeni müqavilə
İtaliyanın “İnter” klubu futbolçusu Nikolo Barella ilə müqavilənin müddətini uzadıb.
Msport.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına kimi A Seriyası nəhəngində qalacaq.
Qeyd edək ki, “İnter” Nikolo Barellanı 2020-ci ilin yayında “Kalyari”dən transfer edib. İtaliya millisinin üzvü son mövsümdə “göy-qaralar”ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.