“İnter”dən ayrılan futbolçu “Montsa”da
“İnter”dən ayrılan Danilo D’Ambrosionun yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi azad agent kimi “Montsa”ya keçib.
İtaliyalı futbolçu yeni klubuyla 2023/2024 mövsümünün sonuna qədər davam edən müqavilə imzalayıb.
Qeyd edək ki, D’Ambrosio 2022/2023 mövsümündə “neradzurri”nin heyətində 24 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.
Royal Türksoy







