“İnter”dən braziliyalı futbolçu ilə 5 illik müqavilə
Çempionlar Liqasının finalında mübarizə aparacaq “İnter” heyətini yeni futbolçu ilə gücləndirir. Msport.az xəbər verir ki, Milan klubu “Olimpik Marsel”dən Luis Enrike ilə anlaşıb.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transferə görə, qarşı tərəfə 25 milyon avrö ödəyəcək.
Braziliyalı vinger son mövsümdə Liqa-1-də 33 oyunda 7 qol vurub və yeddi məhsuldar ötürmə verib.