“İnter”dən “Nyukasl Yunayted”ə
Marselo Brozoviç “İnter”dən ayrıla bilər.
Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Nyukasl” maraqlanır. İngiltərə təmsilçisi artıq qış transfer pəncərəsində futbolçunun agentləri ilə əlaqə saxlamışdı.
“İnter” xorvatiyalı yarımmüdafiəçini satmaq variantını nəzərdən keçirməyə hazırdır. Buna səbəb Brozoviçin komandanın ən çox maaş alan futbolçularından birinin olmasıdır.
Brozoviçin transferi üçün “neradzurrilər” 25-30 milyon avro tələb edəcək.
Qeyd edək ki, Marselo ötən mövsüm A Seriyasında 28 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
Royal Türksoy







