“İnter”dən “Torino”ya keçdi
“İnter”in yarımmüdafiəçisi Kristian Aslani A Seriyasının digər təmsilçisi “Torino”ya keçib.
Msport.az xəbər verir ki, keçidi Turin klubunun mətbuat xidməti açıqlayıb.
Albaniyalı futbolçu icarə əsasında cari mövsümün sonuna qədər “Torino”da çıxış edəcək.
Qeyd edək ki, 23 yaşlı oyunçu ötən mövsüm “İnter”in heyətində keçirdiyi 39 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.