“İnter”ə “yox” cavabı verdilər
“İnter” yay transfer pəncərəsinin son günündə “Everton”un futbolçusu İliman Ndieayeni heyətinə qatmağa çalışıb.
Msport.az xəbər verir ki, Milan təmsilçisi İngiltərə klubunun 25 yaşlı vingeri üçün təklif göndərib.
Lakin “İnter” “Everton”dan rədd cavabı alıb. Bildirilib ki, “İnter”in seneqallı futbolçu üçün təklifi 47 milyon avro olub.
Qeyd edək ki, artıq yeni mövsümdə Ndiaye 4 matçda 2 qol vurub.