featured-image-28094

Romelu Lukaku “İnter”də qalmayacaq. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, belçikalı futbolçu bu mövsüm İtaliya klubunda icarə əsasında oynayır. Yayda o “Çelsi”yə qayıdacaq.

“Neradzurri” hesab edir ki, belçikalı hücumçunun icarəsinə 20 milyon avro xərclənsə də, o, bu səviyyəyə uyğun oyun göstərmir. “İnter” artıq Lukakunun yerinə yeni oyunçu axtarışlarına çıxıb.

Milan təmsilçisi “Liverpul”un hücumçusu Roberto Firmino və Münhenqladbax “Borussiya”sının forvardı Markus Türamla maraqlanır. Hər iki futbolçu mövsümün sonunda azad agent olacaq. “Tiqre”nin oyunçusu Mateo Tiqre də “İnter”in diqqətini cəlb edib. Bu yaxınlarda İtaliya yığmasında debüt etmiş 23 yaşlı forvardı 18 milyon avroya transfer etmək olar.

“Lans”ın ən yaxşı bombardiri Loi Openda da “İnter”in maraq dairəsindədir.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər