featured-image-19530

“İnter” Markus Türamı transfer etmək istəyir. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Milan klubu fransalı hücumçunu yayda azad agent kimi heyətə cəlb etməyi düşünür.

“İnter” Fransa millisinin heyətində dünya çempionatında finala yüksələn forvarda ili 5 milyon avro olan 5 iiilk müqavilə təklif edir.

Yanvarın əvvəlində Türam artıq digər klublarla danışıq aparmaq hüququna malik olacaq. “Neradzurri” də məhz həmin vaxt futbolçuya formal təklif göndərəcək.

25 yaşlı hücumçu bu mövsüm “Borussiya Münhenqladbax”ın heyətində 17 oyunda 13 qol vurub və dörd məhsuldar ötürmə verib. O, dünya çempionatında 5 dəfə sonradan meydana daxil olub ə 2 asist edib.

Bənzər xəbərlər