“İnter” iki futbolçusu ilə müqaviləni uzatdı
“İnter” iki gənc futbolçusu ilə müqaviləni uzadıb. Msport.az xəbər verir ki, Xristos Aleksiu və Dilan Sarate ilə yeni anlaşma imzalanıb.
Hər iki futbolçu ilə müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
23 yaşlı yunanıstanlı mərkəz müdafiəçisi Aleksiu 2021-ci ilin sentyabrından “İnter”də çıxış edir. “İnter” “Atromitos”dan icarəyə götürdüyü futbolçunun transfer hüquqlarına yiyələnib.
Sarate İspaniyanın “Jirona” klubunun yetirməsi sayılır. O, 2023-cü ilin sentyabrında “İnter”in gənclər komandasına cəlb olunub.