featured-image-43033

İtaliyanın “İnter” klubunun azarkeşləri polisə hücum ediblər.

Msport.az xəbər verir ki, hadisə A Seriyasının XXIII turunda “Yuventus”la ev oyunundan sonra baş verib.

Fanatlar stadionun yaxınlığında polisə hücum çəkib, nəticədə, hüquq mühafizə orqanlarının maşınlarından birinə ziyan dəyib. Bundan əlavə, tərəfdarlar qonaq azarkeşləri daşıyan avtobusa da fişənglər atıblar. Beləliklə, 50-yə yaxın “İnter” azarkeşi saxlanılıb.

Qeyd edək ki, qarşılaşma Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

 

Bənzər xəbərlər