featured-image-48179

Rusiyanın “Spartak” klubu yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, Moskva təmsilçisini yeni mövsümdən etibarən Deyan Stankoviç çalışdıracaq.

2019-cu ildə “Srvena Zvezda”nın baş məşqçisi olan Stankoviç iki dəfə komandanı Avropa Liqasının pley-offuna çıxarıb. O, ötən mövsümün gedişində “Sampdoriya”nın sükanı arxasına keçib. Maliyyə problemləri yarandığından serbiyalı mütəxəssis klubu tərk edib.

Ötən ilin yayından Stankoviç “Ferentsvaroş”da işləyib. Budapeşt klubu Konfrans Liqasının pley-offuna kimi irəliləyib, ötən ay isə Macarıstan çempionluğunu rəsmiləşdirib.

45 yaşlı Stankoviç futbolçu karyerası dönəmində “İnter”də 231, “Latsio”da isə 137 oyun keçirib.

 

Bənzər xəbərlər