featured-image-42089

İtaliyanın “İnter” klubunun futbolçusu Stefano Sensi karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb. Yarımmüdafiəçinin “Lester”ə keçmək ehtimalı var.

Qeyd edək ki, Stefano Sensi 2019-cu ildən “İnter”də çıxış edir. O, bu mövsüm cəmi 4 oyun keçirib.

Bənzər xəbərlər