“İnter”in futbolçusu üç həftə oynamayacaq
İtaliyanın “İnter” komandasının futbolçusu Benjamin Pavar sıradan çıxıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının V turunda Almaniyanın “Leyptsiq” klubu ilə ev oyununda (1:0) zədələnən 29 yaşlı müdafiəçi üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
O, A Seriyasında “Fiorentina” və “Parma” ilə təşkil olunacaq oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “İnter” Çempionlar Liqasında növbəti oyununu dekabrın 10-da Almaniyanın “Bayer” komandasına qarşı keçirəcək.