“İnter”in ikiqat tarixi rekordçusu
“İnter”in hücumçusu Lautaro Martines klubun tarixinə düşüb.
Msport.az xəbər verir ki, argentinalı forvard Çempionlar Liqasının ardıcıl 5 oyununda qol vuran ilk “İnter”li kimi bunu bacarıb.
27 yaşlı futbolçu sonuncu dəfə evdə “Bavariya” ilə heç-heçə (2:2) etdikləri 1/4 final mərhələsinin cavab görüşündə fərqlənib. Martines həm də Milan təmsilçisinin heyətində bütün turnirlərdə 150 qola çatan ilk əcnəbi kimi rekorda imza atıb. Klub tarixində ümumilikdə 6 futbolçu bunu reallaşdıra bilib.
Qeyd edək ki, Almaniyadakı ilk matçda 2:1 hesablı qələbə qazanan “İnter” yarımfinalda “Barselona”ya rəqib olub.