featured-image-45981

İspaniyanın “Atletiko” klubunun futbolçusu Mario Hermoso karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az “Gazzeta dello sport” nəşrinə istinadən xəbər verir ki, “İnter” müdafiəçi ilə maraqlanır.

Milan təmsilçisi bu mövqeni gücləndirmək niyyətindədir. Seria A klubu ispaniyalı oyunçuya 5 milyon avro maaşla 4 illik müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, Hermoso cari mövsüm 35 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər