featured-image-48779

“İnter” yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, Milan təmsilçisi “Mançester Yunayted”də çıxış edən Aaron Van-Bissakanı transfer etmək istəyir. Bu barədə “Tuttomercato” nəşri məlumat yayıb.

“İnter” 26 yaşlı sağ cinah müdafiəçisi üçün İngiltərə klubuna 10 milyon avro ödəməyə hazırdır. İtalyanlar yaxın zamanda Premyer Liqa klubuna rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, “Mançester Yunayted” Aaron Van-Bissakanı 2019-cu ilin yayında “Kristal Pelas”dan transfer edib. İngiltərə millisinin üzvü son mövsümdə “qırmızı şeytanların”ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.

Bənzər xəbərlər