featured-image-21459

Fransanın “Oser” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Rumıniya yığmasının və İtaliyanın “İnter” klubunun qapıçısı Yonut Radunu heyətinə qatıb.

25 yaşlı qolkiper bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Radu 2013-cü ildən “İnter”in sıralarındadır. Lakin o, Milan təmsilçisində heç vaxt əsas heyət üzvü ola bilməyib. Klubun əsas komandasında cəmi 5 oyun keçirmiş qolkiper, “Avellino”, “Cenoa”, “Parma” və “Kremoneze”də icarədə oynayıb. O, Rumıniya yığmasında da cəmi 2 oyun keçirib.

Bənzər xəbərlər