featured-image-45552

İtaliyanın “İnter” klubunun qapıçısı Yan Zommer İsveçrə millisinin düşərgəsindən ayrılıb.

Msport.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, buna təcrübəli qolkiperin zədələnməsi səbəb olub.

Oyunçu Milan təmsilçisinə qayıdacaq və orada tibbi müayinədən keçəcək. Onun sağ topuq nahiyəsindən xəsarət aldığı bildirilib.

Qeyd edək ki, Yan Sommer Danimarka ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq matçında zədə alıb və 37-ci dəqiqədə əvəzlənib.

Bənzər xəbərlər