“İnter”in yeni baş məşqçisi kim olacaq?
“İnter”in baş məşqçi postuna iki əsas namizəd məlum olub. Msport.az xəbər verir ki, bu gün Simone İndzaqi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, vakant posta əsas namizədlər “Komo”nun baş məşqçisi Sesk Fabreqas və hazırda “Marsel”i çalışdıran Roberto De Dzerbidir.
Tərəflər arasında danışıqlar atıq bu gündən başlanıb. “İnter”ə başqa namizədlər təklif olunsa da, ispaniyalı Fabreqas və De Dzerbinin şansları daha çoxdur.