featured-image-27408

“İnter” mövsümün sonunda baş məşqçi Simone İnzaqiylə yollarını ayıra bilər.

Msport.az xəbər verir ki, Milan təmsilçisi mövsümün yekununa əsasən Çempionlar Liqasına vəsiqə qazana bilməsə italiyalı mütəxəssisi istefaya göndərəcək. “Neradzurri”nin rəhbərliyi artıq İnzaqinin əvəz edə biləcək məşqçiləri nəzərdən keçirir. Yerli mətbuatın məlumatına görə, hələlik ən real namizəd “Portu”nun çalışdırıcısı Serjio Konseysaodur. Portuqaliyalı mütəxəssisin komandasıyla müqavilə müddəti 2024-cü ilin yayında bitir.

Qeyd edək ki, “İnter” A Seriyasında 29 turdan sonra 51 xalla 5-ci sırada qərarlaşıb.

Royal Türksoy

Bənzər xəbərlər