featured-image-30468

İtaliya kubokunun finalında “İnter” və “Fiorentina” komandaları üz-üzə gəlib.

Msport.az xəbər verir ki, oyun Romadakı “Olimpiko” stadionunda keçirilib.

Florentsiya klubunun hücumçusu Nikolas Qonsalesin erkən qolu (3-cü dəqiqə) “İnter” futbolçularını ruhdan salmayıb. Fasiləyə qədər 29 və 37-ci dəqiqələrdə vurduğu qollarla Lautaro Martines dubl edib.

İkinci yarıda da üstünlüyünü qoruyub saxlayan Simone İnzaqinin komandası mükafata sahib olub.

Qeyd edək ki, bu Milan klubunun qazandığı 9-cu İtaliya kuboku olub. “Nerazurri” 1939, 1978, 1982, 2005, 2006, 2010, 2011 və 2022-ci illərdə kuboka yiyələnib.

“Roma”nın da aktivində kubokda 9 qələbə var. Ən titullu komanda isə “Yuventus”dur – 14.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər