featured-image-29036

“İnter” yayda Lautaro Martinesi satmağa razılıq verə bilər. Msport.az xəbər verir ki, Milan klubu heyəti gücləndrimək üçün maliyyə qaynaqları axtarır. Bu səbəbdən də argentinalı hücumçu “Mançester Yunayted”ə satıla bilər.

Martinesin satış qiyməti təxminən 75 milyon avro olacaq.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq pressinq etməyi bacaran forvard axtarır. Niderlandlı mütəxəssis 25 yaşlı futbolçunun bu xüsusiyyətlərə tam cavab verdiyini düşünür.

“Yunayted” Harri Keyni transfer edə bilməsə, Martines variantına baxacaq. Argentinalı hücumçu da İngiltərə Premyer Liqasında oynamaqda maraqlıdır.

Martinesin “İnter”lə müqaviləsi 2026-cı ilin iyununa kimidir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər