“İnter” “Mançester Yunayted”in futbolçusuyla razılaşdı
“Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, Erik Ten Haqın gəlişindən sonra oyun praktikasından əziyyət çəkən müdafiəçiylə “İnter” maraqlanır. İsveçli futbolçunun artıq Milan təmsilçisiylə razılıq əldə etdiyi deyilir.
Qeyd edək ki, Lindelöf 2017-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.
Royal Türksoy







