“İnter Mayami” 1/4 finalda - VİDEO
Şimali Amerika Liqa Kubokunun 3-cü mərhələsinin oyunu keçirilib.
Msport.az xəbər verir ki, “İnter Mayami” Meksikanın “UNAM Pumas” komandası ilə qarşılaşıb.
Oyun birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı meksikalılar açsalar da, sonradan “İnter Mayami” ardıcıl 3 qol vuraraq geridönüş edib. “İnter Mayami”nin heyətində qolları yeni transfer Rodriqo De Paul, Luis Suares və Tadeo Allende vurublar. Bundan əvvəlki qarşılaşmada zədələnən Lionel Messi son matçda oyuna çıxmayıb.
Qeyd edək ki, “İnter Mayami” Şimali Amerika Liqa Kubokunun pley-off mərhələsinə yüksəlib. Xavyer Maskeranonun komandası 1/4 finalında çıxış edəcək.