featured-image-65095

“İnter Mayami” müdafiəçisi Jordi Alba ilə müqaviləni yeniləyib.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu ilə sözləşmənin müddəti 2027-ci ilin sonuna qədər uzadılıb.

36 yaşlı oyunçunun əvvəlki anlaşması 2025-ci il dekabrın 31-də başa çatmalı idi.

Alba bu mövsüm “İnter Mayami”nin heyətində 17 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər