“İnter Mayami” “Barselona”nın daha bir sabiq futbolçusunu transfer edir
“Qremio”nun hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə yaxındır.
Msport.az xəbər verir ki, MLS komandası uruqvaylı futbolçuyla danışıqlarda ciddi irəliləyiş əldə edib.
Suares daha əvvəl bildirmişdi ki, karyerasını “Barselona”da komanda yoldaşı olmuş Lionel Messi ilə eyni klubda bitirəcək.
Qeyd edək ki, “İnter” “Barsa”nın daha bir keçmiş futbolçusu Serxio Busketsi də transfer edib.
Royal Türksoy







