“İnter Mayami” Jordi Albanın transferini açıqladı
“Barselona”dan ayrılan Jordi Alba “İnter Mayami”yə keçib.
Msport.az xəbər verir ki, tərəflər arasında iki mövsümlük müqavilə imzalanıb.
Alba 11 il çıxış etdiyi Kataloniya klubuyla ümumilikdə 18 titul qazanıb. O, 2022/2023 mövsümündə bütün turnirlərdə 30 oyuna çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.
Qeyd edək ki, “İnter Mayami” “Barsa”nın iki keçmiş futbolçusu Lionel Messi və Serxio Busketsi də transfer edib. MLS təmsilçisinin Luis Suaresi də heyətinə qatacağı gözlənilir.
Royal Türksoy







