“İnter Mayami” Messisiz qələbə qazandı
“İnter Mayami” MLS-in müntəzəm çempionatında “Şarlott”la qarşılaşıb.
Msport.az xəbər verir ki, Florida klubu Lionel Messinin yoxluğunda rəqibini 1:0 hesabı ilə məğlub edib.
Mayamililər 38-ci dəqiqədən etibarən azlıqda çıxış etməsinə baxmayaraq, 46-cı dəqiqədə 46-cı dəqiqədə qalibiyyət qolunu vurub. Qolun məhsuldar ötürməsini verən Luis Suares son 4 görüşdə 3 qol, 5 assistlə yadda qalıb.
Qeyd edək ki, Lionel Messi son 3 oyunda əzələ gərginliyi səbəbindən meydana çıxmayıb.