“İnter Mayami” Messiyə 4 illik müqavilə təklif etdi
“İnter Mayami” Lionel Messiyə müqavilə təklif edib. Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, MLS klubu argentinalı futbolçu ilə 4 illik anlaşmaq istəyir. ABŞ təmsilçisi ulduz futbolçuya illik 50 milyon dollar əməkhaqqı söz verib.
Mənbənin sözlərinə görə, “İnter” hücumçunun Mayamidə evinin olmasına ümid edir. Klub “Barselona”nın sabiq futbolçusu Serxio Busketsi də transfer etmək istəyir.
“İnter Mayami”nin təklifi Səudiyyə Ərəbistanından təklif edilən şərtlərdən geri qalsa da, 2026-cı ildəki dünya çempionatının ABŞ, Kanada və Meksikada keçirilməsi 35 yaşlı forvardın qərarına təsir göstərə bilər.
Xatırladaq ki, Messi bu mövsüm Liqa-1-də 31 oyunda 16 qol vurub və 16 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







