“İnter Mayami” “Portu”ya qalib gəldi
Klublararası dünya çempionatında II tura start verilib.
Msport.az xəbər verir ki, “Palmeyras” “Əl-Əhli” ilə qarşılaşıb.
Braziliya təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Oyun 62-ci dəqiqədə güclü fırtına üzündən yarımçıq dayandırılıb. Qarşılaşma 40 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Qrupun digər oyununda Lionel Messinin çıxış etdiyi “İnter Mayami” “Portu” ilə üz-üzə gəlib. Hesabı portuqaliyalılar açsalar da, amerikalılar fasilədən sonra geridönüş edə biliblər.
Klublararası dünya çempionatı
Qrup mərhələsi, II tur
Palmeyras – Əl-Əhli – 2:0
İnter Mayami – Porto – 2:1