featured-image-30799

“Barselona” Lionel Messinin transferi ilə bağlı “İnter Mayami” ilə birgə fəaliyyət göstərir. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, argentinalı futbolçunun PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır.

35 yaşlı hücumçu Səudiyyə Ərəbistanından təklif alsa da, “Barsa” onu transfer etməkdən vaz keçməyib. Messi və ailə üzvləri Səudiyyə Ərəbistanına getməkdənsə, İspaniyada yaşamağa üstünlük verirlər. Amma Buskets və Albanin ayrılığından sonra belə Kataloniya klubu maddi baxımdan Argentina millisinin kapitanının transferini reallaşdıra bilmir.

Fransa nəşrinin yazdığına görə, yayda “İnter Mayami” Messi ilə müqavilə bağlayıb, onu 6 və ya 18 aya “Barsa”ya icarəyə verə bilər.

Bu ulduz futbolçuya Cup America-2024-ə kimi yüksək səviyyədə oynamağa imkan verəcək.

ANAR

Bənzər xəbərlər