featured-image-20909

İtaliya superkubokunun qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, həlledici oyunda “Milan” və “İnter” komandaları üz-üzə gəliblər.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilən oyun “İnter”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Federiko Dimarko (10-cu dəqiqə), Edin Dzeko (21) və Lautaro Martines (77) vurublar.

Nəticədə “İnter” ardıcıl ikinci, bütövlükdə isə yeddinic dəfə superkuboku qazanıb.

Xatırladaq ki, “Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi superkubok matçında oynamaq hüququ əldə etmişdi.

Bənzər xəbərlər