featured-image-67918

“Kristal Pelas” “İnter”in müdafiəçisi Yan Bisseki transfer etmək istəyir.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı alman futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır.

Bu, digər Premyer Liqa klublarının bu oyunçu üçün indiyə qədər təklif etdiyi məbləğdən daha çoxdur. Daha əvvəl A Seriyası təmsilçisi “Vest Hem”in 20 milyon avroluq təklifini rədd etmişdi.

Qeyd edək ki, Bissek 2024-25 mövsümündə meydana çıxdığı 46 oyunda 3 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. Onun “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər