featured-image-43077

İtaliyanın “İnter” klubu “Napoli”də çıxış edən Pyotr Zelinskini transfer etmək niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin baş direktoru Cüzeppe Marotta açıqlama verib. Klub artıq danışıqlar çərçivəsində “Napoli”nin prezidenti Aurelio De Laurentislə də əlaqə saxlayıb.

Qeyd edək ki, Pyotr 2016-cı ildən “Napoli”də oynayır. O, komandanın heyətində 355 oyun keçirib, 50 qol vurub və 46 qolun ötürməsini verib. Yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bənzər xəbərlər