featured-image-32380

“İnter” “Şaxtyor”un qapıçısı Anatoli Trubini transfer edə bilər.

Msport.az xəbər verir ki, Milan təmsilçisi ukraynalı futbolçunu Andre Onananın mümkün gedişi təqdirdə heyətinə qatmağa çalışacaq. “İnter” 21 yaşlı qolkiperdən əlavə Keylor Navas, Yann Sommer və Uqo Llorisi də nəzərdən keçirir.

Trubin həmçinin Ukrayna millisinin də üzvüdür.

Qeyd edək ki, Onananın “Çelsi”, yaxud “Mançester Yunayted”ə keçəcəyi gözlənilir.

Royal Türksoy

Bənzər xəbərlər