featured-image-28575

“İnter”in futbolçusu Andre Onana yayda klubunu dəyişə bilər.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, kamerunlu qapıçıyla “Çelsi” yaxından maraqlanır. “Zadəganlar” Eduard Mendinin mümkün gedişindən sonra Onananı transfer etməyə çalışacaq. “Neradzurri”lər isə Onananı 40 milyon avrodan aşağı satmayacağını bildirib.

Onananın “İnter”lə müqavilə müddəti 2027-ci ilin yayınadəkdir. O, Milan təmsilçisinə ötən mövsümün əvvəlində keçib.

Royal Türksoy

Bənzər xəbərlər