featured-image-50241

İtaliyanın “İnter” klubu futbolçusu Aleksis Sançeslə yollarını ayırıb.

Msport.az xəbər verir ki, Milan təmsilçisinin mətbuat xidməti bu barədə məlumat yayıb.

35 yaşlı hücumçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, A.Sançes 2019-cu ildən “neradzurri”də çıxış edirdi. O, bu müddətdə klubla 5 kubok qazanıb. Forvard ötən mövsüm bütün turnirlərdə 33 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər