featured-image-41581

“Napoli”nin futbolçusu Pyotr Zelinski İtaliyada klubunu dəyişə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin “İnter”ə keçmək ehtimalı var.

Milan təmsilçisi polşalı oyunçuya 4,5 milyon avro maaşla 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, polşalı 2016-cı ildən “Napoli”də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 23 matçda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə verib.

Bənzər xəbərlər