featured-image-25234

“İnter” Portuqaliyanın “Portu” klubundan UEFA-ya şikayət edəcək.

Msport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, bu haqda Milan klubunun baş direktoru Cüzeppe Marotta açıqlama verib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Portu” – “Inter” görüşündə minlərlə italiyalı azarkeşin stadiona daxil olmasına imkan verilməyib:

“Biz 12 ildən sonra “Inter”in 1/4 finala vəsiqə qazanmasını qeyd edirik. Əlində bilet ola-ola stadiona girə bilməyən minlərlə azarkeşə görə, təəssüflənirəm. Bununla bağlı UEFA-ya şikayət edəcəyik ki, bilək məsələnin əsl səbəbi nədir.

Mən İtaliyadan ailəsi, uşaqları ilə gələn stadiona daxil ola bilməyib ağlayan insanların kadrlarını gördüm. Səhər yerli hakimiyyət orqanları ilə görüşdük, onlar bizi əmin etdilər ki, hətta qonaq azarkeşlər üçün tribuna dolsa belə, fanatları stadiona buraxacaqlar. Lakin bu baş vermədi.

Bunlar əsasən uşaqları ilə gələn ailələr idi, əlbəttə ki, onlar stadionda hər hansı iğtişaş yaratmayacaqlardı. Düşünmürəm ki, vəziyyət elə gərgin idi ki, onları içəri qoymasınlar”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər