“İnter” qapıçısını icarəyə verdi
“İnter” qapıçısı Yonuts Radunu icarəyə verib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Bornmut”da çıxış edəcək.
Müqaviləyə əsasən, İngiltərə klubu qolkiperin transfer hüquqlarına yiyələnmək istəsə, 8 milyon avro ödəməli olacaq.
Radu ötən mövsüm “Kremoneze” və “Oser” komandalarında icarədə olub. Onun “İnter”lə müqaviləsi 2025-ci ilin iyununa kimidir.
Radu Rumıniya millisində 4 oyun keçirib.
ANAR







