featured-image-48188

İspaniyanın “Real” klubunun futbolçusu Naço Fernandes karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə “İnter” maraqlanır.

O, cari mövsümün sonunda Madrid klubunda ayrılacaq. ABŞ-ın MLS təmsilçiləri də Naçonu heyətlərinə qatmaq istəyirlər.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsümdə 42 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər