“İnter” rəhbərliyi İnzaqinin qarşısına şərt qoydu
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A seriyasının 30-cu turunda “Montsa”ya məğlubiyyətdən (0:1) sonra klub rəhbərliyi ilə görüşüb.
Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, görüşdə prezident Stiven Can və Cüzeppe Marotta da iştirak ediblər.
Klub rəhbərliyi son nəticələrdən narazıdır, onlar İnzaqiyə vəziyyəti düzəltmək üçün vaxt veriblər. 47 yaşlı mütəxəssisin “İnter”dəki gələcək taleyi Çempionlar Liqasının (ÇL) 1\4 final mərhələsində “Benfika” ilə oyunlardan asılı olacaq. Bundan başqa, o, komandanı gələn mövüm ÇL-ə çıxarmalıdır.
“Nerezzurri” İtaliya A seriyasında son 5 oyunun dördündə məğlub olub, birində heç-heçə edib. “İnter” 30 oyundan sonra 51 xalla 5-ci yeri tutur.
ANAR







