featured-image-34469

“İnter” “Udineze”nin yarımmüdafiəçisi Lazar Samardziçlə müqavilə bağlamağa yaxındır.

Msport.az xəbər verir ki, yaxın vaxtlarda klub nümayəndələri arasında yekun görüş keçiriləcək və burada keçidin detalları müzakirə olunacaq. Daha əvvəl “İnter”in Samardziçi 15 milyon avroya transfer etməyə razı olduğu bildirilirdi.

21 yaşlı serbiyalı ötən mövsüm A Seriyasında 37 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər