“İnter” Sommeri transfer edir
“Bayern Münhen”in qapıçısı Yan Sommer karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Msport.az xəbər verir ki, isveçrəli futbolçu “İnter”ə keçəcək. 34 yaşlı qolkiper İtaliya klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.
Sommer bu ilin yanvar ayında Mönhenqladbax “Borussiya”sından 9 milyon avroya “Bayern”ə keçmişdi. Münhen təmsilçisinin heyətində 25 oyun keçirən Yan Almaniya çempionu olub.
Royal Türksoy







