featured-image-28013

İtaliya A Seriyasının 30-cu turu çərçivəsində “İnter” doğma meydanda “Montsa”ya uduzub – 0:1.

Msport.az xəbər verir ki, bu “neradzurri”lərin doğma meydanda qol vurmadan uduzduğu ardıcıl üçüncü oyun olub. Milan təmsilçisi tarixində ilk dəfə bu antirekorda imza atıb. İnter son iki ev oyununda “Fiorentina”yla “Yuventus”a da eyni hesabla uduzub.

“İnter” növbəti ev oyununu 32-ci turda “Latsio”ya qarşı keçirəcək.

Royal Türksoy

Bənzər xəbərlər