featured-image-68363

“İnter”in hücumçusu Mehdi Tareminin gələcəyi hələ də bəlli deyil.

Msport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının, eləcə də Qətər və Səudiyyə Ərəbistanı klublarının adı açıqlanmayan nümayəndələri iranlı futbolçu ilə müqavilə bağlamaq istəyirlər.

Lakin hazırda danışıqlar getmir. İtaliya klubu bu yay forvardla yollarını ayırmağı planlaşdırsa da, layiqli təklif alacağına ümid edir. Klubun rəhbərliyi bütün tərəflərə uyğun gələn təklifi gözləməkdə davam edir.

Qeyd edək ki, Taremi 2024-25 mövsümündə “İnter”də 43 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər