featured-image-24274

İtaliyanın “İnter” klubu türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Msport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Futbolçu özü də indiki klubunda qalmaqda maraqlı olduğunu gizlətməyib. O, yerli mətbuata açıqlamasında bunları söyləyib: “İnter”də oynadığım üçün qürur duyuram. Başqa kluba keçmək fikrim yoxdur. Burada qalmaq və “İnter”lə mümkün qədər çox uğur qazanmaq istəyirəm. Belə möhtəşəm klubun bir parçası olmaq ürəyimcədir”.

Xatırladaq ki, Türkiyə millisinin də üzvü olan 29 yaşlı futbolçu 2021-ci ildə “Milan”dan ayrılaraq azad agent qismində “İnter”ə keçib. Onun “qara-göylər”lə müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdir.

Bənzər xəbərlər